Azərbaycan, Almaniya, İngiltərə və Fransa ölkələrində təhsil almış Səmayə Həbibova E-LEGALın təsisçisidir. 6 il özəl və dövlət qurumlarında bir çox hüquq sahələri üzrə çalışdıqdan sonra Azərbaycanın ilk innovativ hüquq xidmətləri platformasını - E-LEGALı yaradaraq əhali üçün bütün hüquq xidmətlərini əlçatan və sərfəli qiymətə təklif edir. Səmayə Həbibova birbaşa Böyük Britaniyanın Oksford Universitetində "Məlumatların qorunması hüququ, Fərdi məlumatlar və Alqoritmləşdirilmiş hüquq" mövzularında, Mançestr Universitetində isə "Hüquq və Texnologiya, Blokçeyn, Hüquqda innovasiya və Hüquq şirkətləri digital dövrdə", Amsterdam Universitetində "Blokçeyn və Hüquq" mövzularında keçirilən kurslarda iştirak edərək əldə etdiyi təcrübəni sizin təhlükəsiz və çevik hüquq xidməti almağınız üçün E-LEGALda tətbiq etmişdir.
Səmayə Həbibova yerli hüquq üzrə bakalar, magistr və doktorluq dərəcələrinə yiyələnməklə yanaşı, Almaniyada hüquq üzrə, İngiltərə və Fransada isə biznesin idarəedilməsi üzrə magistr dərəclərinə yiyələnmişdir. Daha ətraflı: Bakı Dövlət Universitetində 2013-2017-ci illərdə "Hüquqşünaslıq" ixtisası üzrə bakalavr, Bakı Dövlət Universitetində 2017-2019-cu illərdə "Avropa Hüququ" ixtisası üzrə magistr, Julius Maximilians Würzburg Universitetində (Almaniya Federativ Respublikası) 2017-2019-cu illərdə "Avropa və Biznes hüququ" üzrə magistr, Bakı Dövlət Universitetində 2020-2023-cü illərdə Hüquq üzrə Fəlsəfə Doktorluğu, York Universitetində (Böyük Britaniya Krallığı) 2021-2023-cü illərdə "Biznesin idarəedilməsi" üzrə magistr, Strasbourg Universitetində (Fransa Respublikası) 2021-2023-cü illərdə "Biznesin idarəedilməsi" üzrə magistr.