Babək Umudov mülki hüquq, kommersiya hüququ, korporativ hüquq, müqavilə hüququ, əmək hüququ, hüquqi mübahisələrin məhkəmədənqabaq və məhkəmədə tənzimlənməsi, o cümlədən əqli mülkiyyət hüququ sahəsində zəngin iş təcrübəsi olan hüquqşünasdır. E-LEGAL komandasına qoşulmazdan öncə bank sahəsində, dövlət sektorunda hüquqşünas vəzifəsində çalışmış, karyerasını hazırda Azərbaycanın ən böyük pərakəndə ticarət şəbəkələrindən birində hüquq sektoruna rəhbəri olaraq davam etdirir. Babək əmək hüququ, kommersiya hüququ, inzibati xətalara dair işlər, o cümlədən inzibati hüquqa dair iştirak etdiyi mübahisələrdə müdafiə etdiyi şəxsləri uğurla təmsil etmiş, ədalətli məhkəmə qərarlarının çıxarılmasına nail olmuşdur.
Babək bakalavr təhsilini Bakı Dövlət Universitetinin hüquq fakultəsində almışdır. Həmçinin beynəlxalq və Avropa İttifaqı çərçivəsində kommersiya hüququ, ticarət hüququ və haqsız rəqabət hüququna yönəlmiş Almaniya Federativ Respublikasının Mannhaym Universitetində magistr dərəcəsinə yiyələnmişdir.