Şirkətin təşkilati-hüquqi forması qanunvericilikdə icazə verilən hallarda bir formadan başqa formaya (MMC-dən QSC-yə, QSC-dən ASC-yə və s.) dəyişdirilə bilər. Aşağıda qeyd edilən suallara düzgün cavab versəniz, şirkətinizin təşkilati-hüquqi formasının dəyişdirilməsi üçün zəruri olan təsisçilərin ümumi yığıncağının qərarının tərtibi, dəyişikliklə bağlı təsis sənədlərinin və digər sənədlərin yenidən hazırlanması və ya dəyişdirilməsi, bu prosedurlar zamanı müşayiət və ya etibarnamə əsasında sizin əvəzinizə dəyişikliklərin hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınması ilə bağlı prosedurlar mükəmməl və sürətli şəkildə icra olunacaqdır. Sizin üçün hazırladığımız MƏLUMAT bölməsinə nəzər yetirərək mövzu ilə əlaqədar ətraflı informasiya əldə edə bilərsiniz.