E-LEGAL aşağıdakı xidmətləri təklif edir:
● Hüquqi məsləhətlərin verilməsi
● Müqavilələrin ekspertizası və hazırlanması
● Müqavilələrin onlayn imzalanması
● Sənədlərin (qərarlar, əmrlər, qaydalar, prosedurlar, təlimatlar, əsasnamələr, ərizələr, şikayətlər, məktublar, hesabatlar və s.) ekspertizası və hazırlanması
● Məhkəmə sənədlərinin hazırlanması, məhkəməyə müraciət və məhkəmədə təmsil etmə
● Vəkil ilə təmin etmə
● Biznesin yaradılması, idarə edilməsi və ləğvi ilə bağlı xidmətlər
● Sənədlərin tərcüməsi
● İnsan resurslarının təşkili və idarə edilməsi xidmətləri
● Hüquqi xəbərlərin təqdimi
● İkiqat vergitutmanın aradan qaldırılması ilə bağlı müraciətlər
Tərəfimizdən göstərilən digər xidmətlər barədə ətraflı məlumat üçün bizimlə əlaqə saxlamağınızı və ya E-LEGAL Portalının müvafiq bölmələrini nəzərdən keçirməyinizi xahiş edirik.
Bəli. Müvafiq xidmətlər şifahi və ya bilavasitə yerində də göstərilə bilir. Məsələn, hüquqi və ya fiziki şəxslərin məhkəmədə təmsil olunması, etibarnamə əsasında dövlət orqanları qarşısında təmsilçilik, abunəlik xidmətlərində şifahi məsləhətlərin telefon vasitəsilə təqdim edilməsi və s.
İstifadəçilər səhifəmizə daxil olmaqla qeydiyyatdan keçir və şəxsi kabinet yaradır. Bundan sonra əldə etmək istədiyi xidməti müvafiq bölməyə daxil olmaqla, müvafiq sualları cavablandırdıqdan, zəruri sənədləri yüklədikdən və onlayn ödəniş etdikdən sonra həmin xidməti sifariş edir. Bundan sonra ona müraciətin qəbul edilməsi ilə bağlı təsdiq bildirişi (email) göndərilir. Həmin xidmətin nəticəsi müştərinin şəxsi kabinetinə yüklənir. Qeydiyyatdan keçməyən istifadəçilər üçün əldə etmək istədikləri sənəd (müqavilə, ərizə və s.) onların təqdim etdiyi elektron poçt ünvanına göndərilir.
Elektron qaydada göstərilən hüquq xidmətləri üzrə E-LEGAL müştərini hüquq münasibətlərində təmsil etmir və hər hansı şəxsin E-LEGAL-ın elektron qaydada göstərdiyi xidmətlərdən istifadə etməsi E-LEGAL-ın həmin şəxsin nümayəndəsi və ya vəkili hesab edilməsinə əsas və səbəb deyildir. Lakin, E-LEGAL onunla ayrıca qaydada spesifik xidmət müqaviləsi bağlamış və ya ona verilmiş etibarnamə əsasında müştərinin nümayəndəsi kimi çıxış edə bilər.
E-LEGAL-ın hüquqşünasları Avropanın ən nüfuzlu universitetlərində təhsil almış və müxtəlif hüquq sahələri üzrə ixtisaslaşmış, geniş təcrübəyə malik mütəxəssislərdir. E-LEGAL-a müraciət etməklə mövcud bazar qiymətindən daha münasib qiymətə, korporativ məsuliyyət prinsipinə əsaslanan yüksək keyfiyyətli hüquqi xidmət əldə etmiş olacaqsınız.
E-LEGAL xidmətlərini əsasən elektron qaydada göstərir və ənənəvi hüquq şirkətlərinin xərclərindən (ofis, nəqliyyat və s.) azaddır. Bu da bizə hamı üçün əlçatan və keyfiyyətli hüquq xidmətləri təklif etməyə imkan verir.
Elektron xidmətlər azərbaycan, rus və ingilis dillərində göstərilir. Müştərilərimiz müraciətlərini həmin dillərdə müvafiq bölmələri doldurmaqla göndərə bilərlər.
Portalımızda qeydiyyatdan keçən istifadəçilərin qeydiyyatdan keçməyən istifadəçilərlə müqayisədə bir sıra üstünlüklər əldə edirlər. Məsələn, Portalda göstərilən xidmətlərin tam məzmunu və şərtləri ilə tanış olma, edilən müraciətin statusunun şəxsi kabinet vasitəsilə izlənilməsi, xidmətin sifarişi zamanı qeyd edilmiş suallara verilmiş cavablar və yüklənmiş sənədlər, müraciətin tarixçəsi barədə məlumat əldə edilməsi, göstərilmiş xidmətə yenidən baxış imkanı, müraciətlərin daha operativ cavablandırılması, hətta sənədləri elektron imzalama funksiyası.
Hər hansı kateqoriya üzrə sorğunuzu bizə ünvanladığınız zaman müvafiq məlumatları daxil etdikdən sonra “Göndər” düyməsini sıxdıqda Portal sizi ödəniş səhifəsinə yönləndirir və yalnız ödəniş uğurla həyata keçirildiyi halda müraciətiniz bizim sistemə daxil olur.
Aşağıdakı hallarda xidmətlərin icra olunmasından imtina etmək və / və ya müştərinin (istifadəçinin) Portaldan istifadəsini dayandırmaq hüququmuz var:
1. Müştəri (istifadəçi) Xidmət şərtləri və qaydalarının şərtini pozursa;
2. Xidmətlərin göstərilməsi müştərinin bizə qarşı iddialarının meydana çıxması ilə əlaqədardırsa;
3. Xidmətlərin göstərilməsi müştərinin hüquqazidd maraqlarından irəli gəlirsə;
4. Xidmətlərin göstərilməsi tətbiq olunan qanunvericiliyin tələblərinin, eləcə də cəmiyyətdə qəbul olunan mənəviyyat və əxlaq normalarının tərəfimizdən pozulmasına səbəb olacaqsa;
5. Xidmətlərin göstərilməsi hüquqlarımıza və qanuni maraqlarımıza toxunursa;
6. Müştərinin dələduzluq hərəkətlərinə yol verdiyinə dair əsaslı şübhələrimiz varsa.
Qeyd edilən hallardan biri olduqda, xidmətin göstərilməsindən birtərəfli şəkildə imtina etmək hüququnu özümüzdə saxlayırıq. Bu zaman bank əməliyyatları üzrə xərclər və s. xidmətlərin xərci çıxılmaqla ödəniş geri qaytarılır.
Əgər tərəfimizdən müştəriyə xidmət göstərilmişdirsə, ödənilmiş vəsait geri qaytarılmır. Əgər tərəfimizdən müştəriyə xidmət təqdim edilməmişdirsə, müştəri ödənişi etdiyi andan etibarən aşağıdakı cədvəldə göstərilən müddətlər ərzində [email protected] elektron poçtuna xidmətin ləğvi ilə bağlı müraciət etdikdə, müştəriyə ödənişin cədvəldə göstərilən hissəsini geri qaytarılacaqdır:
№ |
Ödəniş edildikdən etibarən ləğv barədə müraciət müddəti |
Xidmət haqqının qaytarılan hissəsi |
1 |
3 saat ərzində |
90 % |
2 |
6 saat ərzində |
70 % |
3 |
12 saat ərzində |
50 % |
4 |
18 saat ərzində |
30 % |
5 |
24 saat ərzində |
10 % |
6 |
24 saatdan sonra |
0 % |
Bu zaman ödənişin məbləği müştərinin ödəniş edərkən istifadə etdiyi bank hesabına 30 gün ərzində geri qaytarılır.
Sənədlərin ekspertizası və ya hazırlanması xidməti müraciətin daxil olduğu (və ya dəqiqləşdirilmiş məlumatların təqdim edildiyi) andan hüquqşünas tərəfindən 2-7 təqvim günü ərzində ekspertizadan keçirilir və ya hazırlanır. Xüsusi hallarda (qanunvericiliyin, hüquqi təcrübənin, materialların əlavə olaraq öyrənilməsi zərurəti, müştəri tərəfindən təqdim olunan materialların çoxluğu) xidmətin icra müddəti müştəri ilə qarşılıqlı razılaşdırılan müddətədək uzadıla bilər.
Şifahi hüquq məsləhəti xidməti müştərinin müraciət etdiyi zaman seçimində göstərdiyi tarix və saatda (müraciət etdiyi vaxtdan ən tez 48 saatdan sonra, lakin göstərdiyi vaxtdan 96 saatdan gec olmayaraq) əlaqə nömrəsi və ya videozəng vasitəsi ilə təqdim olunur.
Xüsusi hallarda (qanunvericiliyin, hüquqi təcrübənin, materialların əlavə olaraq öyrənilməsi zərurəti, müştəri tərəfindən təqdim olunan materialların çoxluğu) yuxarıdakı bənddə göstərilən müddət 3 təqvim günündən çox olmamaqla uzadıla bilər. Bu halda müştəri ilə əlaqə saxlanılaraq tərəflər üçün ən uyğun hesab olunan görüş vaxtı seçilir.
Yazılı hüquq məsləhəti xidməti müştərinin müraciətinin qeydə alınması anından etibarən 72 saat ərzində təqdim olunur.
Xüsusi hallarda (qanunvericiliyin, hüquqi təcrübənin, materialların əlavə olaraq öyrənilməsi zərurəti, müştəri tərəfindən təqdim olunan materialların çoxluğu və ya qeyri-dəqiqliyi) yuxarıdakı bənd ilə nəzərdə tutulan müddət 4 təqvim günü daha artırıla bilər.
Müraciət üzrə cavab və sənədlər müştərinin şəxsi kabinetinə yüklənir. Qeydiyyatdan keçməyən istifadəçilər üçün əldə etmək istədikləri sənəd (müqavilə, ərizə və s.) onların təqdim etdiyi elektron poçt ünvanına göndərilir. Şifahi hüquq məsləhəti xidməti müştəriyə videozəng və ya telefonla təqdim edilir.
Ekspertiza və ya tərcümə üçün təqdim edilən sənədlər Times New Roman 12 şriftində, 1.5 sətirarası interval, sol kənarı 3 sm, digər kənarları isə 2 sm formatına uyğun, doc, docx, pdf, jpeg, jpg formatlarından birində olmalıdır.
Bu halda E-LEGAL tərəfindən xidmətlərin göstərilməsinə başlanılmır. E-LEGAL tərəfindən belə istifadəçiyə standartlar nəzərə alınmaqla hesablanan faktiki səhifə sayı barədə və həmin səhifə sayına uyğun ödəniş barədə bildiriş göndərilir. Bildirişdə istifadəçiyə iki seçim təklif edilir. Əgər istifadəçi birinci seçimi seçərək ödəniş etməklə xidmətdən istifadə etmək istəyərsə, onda qeyd olunan dəqiqləşdirilmiş ödəniş həyata keçirildikdən sonra E-LEGAL tərəfindən xidmətlər göstərilir. Əgər istifadəçi – dəqiqləşdirilmiş ödənişi ödəmək istəmirsə və “Sifarişdən imtina et” seçərək xidmətdən imtina edərsə, onda istifadəçinin ödədiyi məbləğ E-LEGAL tərəfindən aşağıdakı cədvələ uyğun şəkildə müştəriyə geri qaytarılır:
№ |
Bildiriş göndərildikdən etibarən ləğv barədə müraciət müddəti |
Xidmət haqqının qaytarılan hissəsi |
1 |
3 saat ərzində |
90 % |
2 |
6 saat ərzində |
70 % |
3 |
12 saat ərzində |
50 % |
4 |
18 saat ərzində |
30 % |
5 |
24 saat ərzində |
10 % |
6 |
24 saatdan sonra |
0 % |
Məlumatlar hər bir sorğu kateqoriyası üzrə tələb olunan və qeyd edilmiş müvafiq izahlara uyğun olaraq tam həcmdə, mümkün qədər dəqiq və ətraflı şəkildə təqdim edilməlidir. Unutmayın ki, təqdim etdiyiniz məlumatların dəqiqliyi və əhatəliliyi sizə göstərilən xidmətin keyfiyyətinə və sürətinə təsir göstərəcəkdir.
Məlumat üçün yüklənən sənədlərin həcmi hər bir sənəd üzrə 5 mb-ı, toplam həcm isə 20 mb-ı keçməməlidir.
Sizin təhlükəsizliyiniz bizim üçün ən önəmli amildir. Təhlükəsizliyinizin təmini üçün ödəniş əməliyyatları bu sahədə müvafiq lisenziyaya malik və əməliyyatlarınızın məxfilik və təhlükəsizliyinə tam zəmanət verən hüquqi şəxs tərəfindən yerinə yetirilir. Ödəniş üçün müştəri E-LEGAL tərəfindən müvafiq xidmət təminatçısının səhifəsinə yönləndirildiyinə görə ödəniş məlumatları da yalnız həmin xidmət təminatçısına təqdim edilir.
İstifadəçilərin fərdi məlumatları Xidmət Şərtləri və Qaydalarında göstərilən qaydada və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə tam şəkildə qorunur.