Məhəmmədli Nigar təhsil aldığı müddət ərzində məhkəmə və hüquq mühafizə orqanlarında təcrübə keçmişdir, son 8 ildə isə “Bravo Supermarket” MMC-də hüquq məsləhətçisi vəzifəsində çalışır. 2019-cu ildən indiyədək Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmaqla vəkillik fəaliyyəti ilə məşğuldur. İstənilən növ hüquq məsələlərinin məhkəməyəqədərki və məhkəmə prosesində peşəkar təcrübəsi var.
Məhəmmədli Nigar Bakı Dövlət Universitetinin hüquq fakültəsinə 646 balla qəbul olaraq 2011-2015-ci illərdə təhsil almış, 2015-2017-ci ildə BDU-nun “Dəniz və enerji hüququ” ixtisası üzrə magistr pilləsini bitirmişdir.