Əfşan Hüseynbəyli 2018-ci ildən etibarən hüquq sahəsində iş fəaliyyətinə başlamış və hüquqşünas kimi 5 illik iş təcrübəsinə malikdir. O daha əvvəl özəl sektorda korporativ və miqrasiya sahəsi üzrə hüquqşünas kimi şirkətlərin təsis edilməsi, fəliyyəti, paylarının alqı-satqısı, yenidən təşkil edilməsi, ləğv edilməsi proseduru, eləcə də əcnəbilər üçün müvəqqəti, daimi yaşayış, iş icazəsinin alınmasında yaxından iştirak etmişdir. Hazırda "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Hüquq idarəsinin Məhkəmələrlə iş şöbəsində aparıcı hüquqşünası olaraq fəaliyyət göstərir. Hüquqşünas kimi müxtəlif növ (alqı-satqı, xidmət, icarə və s) kommersiya xarakterli müqavilələrin hazırlanması, müqavilələrin ekspertizası, onlara dair rəylərin verilməsini, eyni zamanda məhkəmədə nümayəndəlik. məhkəmə prosesi üçün bütün növ hüquqi sənədlərin hazırlanması kimi hüquq xidmətlərini həyata keçirmişdir. 2021-ci ilin dekabr ayından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. Hazırda vəkil kimi hüquq mübahisələrinin məhkəmədə həll edilməsini, məhkəmə üçün lazımi sənədlərin hazırlanmasını, bütün instansiya məhkəmələrində vəkil kimi iştirakı təmin edir.
Əfşan Hüseynbəyli 2013-cü ildə Bakı Dövlət Universitetinin hüqü fakültəsinə daxil olmuş, oranı müvəffəqiyyətlə bitirdikdən sonra yenidən Bakı Dövlət Universitetində mülki hüquq üzrə magistr təhsilini davam etmiş və 2019-cu ildə magistr təhsilini fərqlənmə ilə bitirmişdir.