Məhkəməyə müraciət üçün dövlət rüsumu, məhkəmədə təmsilçilik üzrə vəkil orderi və etibarnamə xərcləri yuxarıda göstərilən xidmət haqqına daxil deyil və tərəfinizdən müvafiq qurumlara ödənilməlidir. Dövlət rüsumu və xərclərin hesablanması və ödənilməsi prosesində E-LEGAL sizə kömək edə bilər. Təmsilçilik qiyməti yalnız Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yerləşən məhkəmələrdə təmsilçiliyə şamil olunur. Digər regionlarda təmsilçilik üçün xidmət haqqı müştəri ilə qarşılıqlı razılıq əsasında müəyyən ediləcəkdir. Aşağıda qeyd edilən suallara düzgün cavab versəniz, ərizəniz mükəmməl və sürətli şəkildə hazırlanacaqdır.