Məxfilik siyasəti

Məxfilik siyasəti

E-LEGAL fərdi məlumatların toplanma, işlənmə və mühafizəsi ilə bağlı Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin, eləcə də hazırkı Qaydaların müddəalarına müvafiq olaraq Müştərilərin fərdi məlumatlarının toplanması, işlənməsini və mühafizəsini həyata keçirir.

1.Müştəri şəxsi kabinet yaradarkən aşağıdakı məlumatları təqdim etməlidir:

-Ad, soyad və ata adı;

-Telefon nömrəsi;

-E-poçt ünvanı;

-Şifrə.

2.Bundan əlavə, Müştəri müvafiq Xidmətə müraciət edərkən həmin Xidmətin düzgün formada göstərilməsi üçün Xidmətin məzmunundan asılı olaraq, Müştəri tərəfindən təqdim olunan əlavə məlumatlar, o cümlədən İstifadəçi və ya Müştəri barədə aşağıdakı analitik məlumatlar toplanır:

-Portala daxil olmaq üçün istifadə olunan cihaz barədə məlumatlar;

-Portala daxil olduğu ölkə;

-Veb bələdçinin növü və versiyası

-Cihazın əməliyyat sistemi

-İnternet xidməti təminatçıları

-İstifadəçinin Portalda sərf etdiyi vaxt, ziyarət vaxtı və saatı

-Portal vasitəsi ilə edilən müraciətlər haqqında məlumat

-Portalda ziyarət edilən bölmələr

3.E-LEGAL, İstifadəçi Portalı ziyarət etdikdə analitik və digər məlumatları toplamaq və saxlamaq üçün tanımlama məlumatları (çərəzlər) və veb-mayaklar da daxil olmaqla, müxtəlif texnologiyalardan istifadə edir. Tanımlama məlumatları Xidmətlərdən istifadəni asanlaşdırmağa və ziyarətçilərimizin məcmu məlumatlarını yaratmağa imkan verən, cihazınıza göndərilən və saxlanan kiçik mətn sənədləridir. Bu, Xidmətlərimizi inkişaf etdirməyə və İstifadəçilərimizə daha yaxşı xidmət etməyə kömək edir. Tanımlama məlumatları cihazınıza və ya fayllarınıza zərər verməyəcəkdir. Biz tanımlama məlumatlarından Xidmətlərimizi və Portalı İstifadəçilərimizin fərdi maraqlarına uyğunlaşdırmaq üçün istifadə edirik. Bəzi tanımlama məlumatları Xidmətlərimizin istifadəsi və fasiləsiz təminatı üçün tələb olunur (məsələn, seçdiyiniz ölkənin və dilin yaddaşda saxlanılması üçün istifadə olunur). Digər tanımlama məlumatları Xidmətlərin necə istifadə edildiyi barədə məlumat toplayır.

4.Veb-mayak veb-saytların və e-poçtların oxucularını eyniləşdirməyə imkan verən bir texnologiyadır (məsələn, e-poçtun oxunduğunun müəyyənləşdirilməsi).

5.E-LEGAL aşağıdakı məqsədlər üçün Müştərinin fərdi məlumatlarının toplanılmasını və işlənməsini həyata keçirir:

-Müştərinin identifikasiyası;

-Xidmətlərin Müştəriyə təqdim olunması və müqavilə öhdəliklərinin yerinə yetirilməsi

E-LEGAL, Müştəri ilə bağlanmış müqavilənin icra edilməsi məqsədilə tələb olunan Xidmətləri Müştəriyə təqdim etmək üçün fərdi məlumatlarınızı toplayır və işləyir. Məsələn, müraciətlərin icrası, Müştəri ilə əlaqə yaradılması, ödənişlərin geri qaytarılmasının (mümkün olduqda) idarə edilməsi, Xidmətlərin göstərilməsi üçün

Hüquqşünaslara lazımi məlumatları vermək üçün məlumatlarınızın toplanılması və işlənilməsi;

-E-LEGAL-ın qanuni öhdəliklərinin yerinə yetirilməsi;

-Şikayətlərin araşdırılması və hüquqi prosedurlar üçün

Şikayətlərin araşdırılması, saxtakarlığın qarşısının alınması, Xidmətlərimizdən sui-istifadənin qarşısının alınması, məlumat, sistem və şəbəkə təhlükəsizliyi üçün məlumatların toplanılması və işlənilməsi;

-Xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, onların rahat istifadə olunması, yeni xidmətlərin işlənib hazırlanması;

-Anonimləşdirilmiş məlumatlar əsasında statistik və digər tədqiqatların aparılması.

6.Müştəri hazırkı Qaydaların şərtlərini qəbul edərək razılaşır ki, E-LEGAL Xidmət Şərtləri və Qaydalarının 12.6-cı bəndində göstərilən məqsədlər üçün Müştərilərin fərdi məlumatlarının toplanmasını, işlənilməsini və mühafizəsini həyata keçirir.

7.Xidmətlərin göstərilməsi məqsədilə Müştəri tərəfindən təqdim olunan fərdi və konfidensial xarakterli məlumatlar yalnız milli və müvafiq beynəlxalq qanunvericiliklə nəzərdə tutulan tələblərə uyğun olaraq istifadə oluna bilər.

8.E-LEGAL Müştəriyə aid fərdi məlumatları aşağıdakı hallar istisna olmaqla kənar şəxslərə açıqlamayacaqdır:

-qanunvericilikdə göstərilən hallar (müştəri barəsində hüquq-mühafizə orqanları tərəfindən başlanılan cinayət işinin təhqiqatı, istintaqı zamanı, məhkəmələr tərəfindən icraatlarında olan işin həlli üçün əhəmiyyət daşıdıqda, digər dövlət orqanlarının Müştəri və ya İstifadəçi barəsində şikayəti araşdırması zamanı və digər hallarda həmin orqan və qurumlardan daxil olan rəsmi müraciətlər əsasında);

-Xidmətin icrası ilə bağlı E-LEGAL daxilində və ya cəlb olunmuş üçüncü şəxslə paylaşılması;

-E-LEGAL-ın birləşmə, satınalma və ya payların satışında iştirakı hallarında əlaqəli tərəfə məlumatlar ötürülə bilər.

Buna baxmayaraq, bütün fərdi məlumatların məxfiliyi təmin olunmağa davam edəcəkdir.

9.E-LEGAL, fərdi məlumatlarınızı qanuni olaraq icazə verilən müddətdən daha uzun müddətə saxlamır. Saxlama müddəti məlumatın xarakterindən və ya işlənilmə məqsədlərindən asılı olaraq dəyişə bilər.

10.E-LEGAL İstifadəçilərin təhlükəsizliyinin, göstərilən Xidmətlərin davamlılığının təmin olunması və toplanılan və işlənilən fərdi məlumatları qorumaq üçün inzibati, təşkilati, texniki və fiziki tədbirlərdən istifadə edir. Bu cür tədbirlərə şifrələmə, anonimləşdirmə, təhlükəsizlik divarı, təhlükəsizlik qurğuları və giriş hüququ sistemləri daxildir. Təhlükəsizlik tədbirləri məlumatların məxfiliyi, bütövlüyü, mövcudluğu və məlumatların bərpa edilməsi imkanını qorumaq üçün tətbiq edilir. E-LEGAL Portalı və təhlükəsizlik tədbirlərini mütəmadi olaraq sınaqdan keçirir.