Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Hüquqi şəxsin ləğvi könüllü qaydada olduqda, bu barədə ümumi yığıncağın ləğvetmə barədə qərarının hazırlanması, ləğvetmə, kreditorların tələblərinin bildirilmə qaydası və müddəti haqqında məlumatın mətbuatda dərc edilməsi, bütün məlum kreditorlara bildiriş göndərilməsi, dövlət büdcəsinə və büdcədənkənar dövlət fonduna borcların olub-olmaması barədə sorğuların göndərilməsi, aralıq ləğvetmə balansının tərtib edilib təsdiq edilməsi və hüquqi şəxsin iştirakçılarına göndərilməsi, zəruri olduqda müflis olma prosesini başladılması, ləğetmə balansının və qalıq əmlakın bölünməsi hesabatının hazırlanması və zəruri sənədlərin hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanına göndərilməsi işlərinin mükəmməl və sürətli şəkildə icrası üçün aşağıda qeyd edilən suallara düzgün cavab verməyinizi xahiş edirik. Sizin üçün hazırladığımız MƏLUMAT bölməsinə nəzər yetirərək mövzu ilə əlaqədar ətraflı informasiya əldə edə bilərsiniz.