“Dövlət rüsumu haqqında” Qanuna dəyişiklik edilmişdir
24 Oktyabr 2023-cü il tarixli 1012-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilmişdir. Buna əsasən, hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arvix sənədlərinin təsdiq olunmuş surətlərinin sürətləndirilmiş qaydada verilməsinə görə dövlət rüsumu ləğv edilmişdir.
Bu dəyişiklik 13 Noyabr 2023-cü il tarixindən qüvvəyə minmişdir.