Elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası təsdiqlənmişdir!
Qayda Prezidentin 2023-cü il 2 avqust tarixli Fərmanı ilə təsdiq edilmişdir və bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi qaydasını, habelə istehsalçı ilə bağlanılan müqavilələrin xüsusiyyət və şərtlərini, eləcə də bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi zamanı zəmanətli tariflərin formalaşdırılması meyarlarını müəyyən edir.