Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Qanunda dəyişiklik edilmişdir
2 may 2023-cü il tarixli Qanun ilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilmişdir.
Belə ki, dəyişikliyə əsasən artıq kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatları, şəhadətnaməsini və nizamnaməsi notariuslar tərəfindən müraciətçidən deyil, elektron informasiya sistemləri vasitəsilə elektron sorğu əsasında əldə edəcəkdir.
Bu Qanun 31 may 2023-cü ildə qüvvəyə minmişdir.