Güzəştli ipoteka krediti verilən şəxslərin siyahısı genişləndirildi!
24 noyabr 2022-ci il tarixli Fərmana əsasən,
Güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olan şəxslərin siyahısına aşağıdakı əlavələr edilmişdir:
1) gənc ailənin üzvü olan Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı adı almış şəhid övladları və Azərbaycanın Milli Qəhrəmanının övladları;
2) şəhid ailəsinin üzvü (əri/arvadı);
3) Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı);
4) Azərbaycanın Milli Qəhrəmanı (özü, əri/arvadı).
Daha ətraflı bu linkdə tanış ola bilərsiniz.