Konstitusiya Məhkəməsinin əmək qanunvericiliyi barədə qərarı
Qərara əsasən, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hallara da şamil edilir. Qərar qəbul edilməzdən əvvəlki dövrdə bu müddəanın mövcud fərdi əmək mübahisələrində tətbiqi qeyri-müəyyənliyə yol açırdı.