Sınaq müddətinin tətbiqi ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilmişdir
Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında 24 Oktyabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən sınaq müddətinin tətbiqi şərtlərinə dəyişiklik edilmişdir. Belə ki, dəyişikliyə əsasən altı ay müddətinədək bağlanılmış əmək müqavilələri üçün ən çoxu iki həftə, digər əmək müqavilələri üçün isə ən çoxu üç ay sınaq müddəti müəyyən edilmişdir.